15 gündən sonra evə gələcəkdi - ŞƏHİD OLDU
Ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusar rayonunda torpağa tapşırılıb.
APA TV-nin şimal bürosunun xəbərinə görə, Qusar rayon Şəhidlər Xiyabanında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun atasına təqdim olunub. Yaylım atəşi açıldıqdan, dövlət himni səsləndirildikdən sonra şəhid əsgər torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Sultan Şahvələdov ötən ilin iyul ayında Qusar rayonundan hərbi xidmətə yollanıb. 15 gündən sonra hərbi xidməti başa vuraraq evə qayıdacaqdı.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA