Aleksandr Suşentsov: "Ermənistanın taleyi Azərbaycanla münasibətlərindən asılıdır"
"Ermənistan özünün təcavüzkar fəaliyyəti, Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində inteqrasiya prosesindən kənarda qalıb".
APA TV-nin məlumatına görə, bu sözləri Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" adlı konfrans zamanı söyləyib.
Dağlıq Qarabağ münaqişəsi haqqında danışan SAM rəhbəri bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə danışıqların nəticə verməməsi regionda sabitliyə əsas təhlükədir.
"Xarici Siyasət" Agentliyinin analitiki Aleksandr Suşentsov deyib ki, bu gün Avropa regionunda əsas məsələ sabitliyin təmin olunmasıdır: "Son vaxtlar dünyada baş verən hadisələr, o cümlədən Donald Trampın qələbəsi, aprel döyüşləri və Rusiyanın Suriyadakı addımlarını kimsə gözləmirdi. Ermənistana gəlincə, bu ölkənin gələcək taleyi Azərbaycanla münasibətlərindən asılıdır".
Tədbir işini panel müzakirələri ilə davam etdirib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA