Şamaxıda zəncirvari qəza: 3 yaralı

Şamaxı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun 107-ci kilometrliyində qeydə alınıb.

 

Xaçmaz sakini Zülfüqar Baratovun idarə etdiyi “Daewoo”, İsmayıllı sakinləri Adil Bağırova məxsus “Mercedes” və Nicat Hüseynova məxsus “VAZ 21015” markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı avtomobillərdəki sərnişinlər - 2004-cü il təvəllüdlü Rövşən Usubov, 1990-cı il təvəllüdlü İradə Mustafayeva və 1956-cı il təvəllüdlü Məhərrəm Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR