Türkiyə Suriya ilə sərhədə 700 kilometrlik divar çəkdi
Türkiyə-Suriya sərhədi boyu tikintisinə başlandığı divarın böyük bir hissəsinin çəkilişi tamamlanıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə parlamentdə Türkiyənin milli müdafiə naziri Fikri İşıq bildirib.
911 kilometr sərhədin 700 kilometrində divar artıq hazırdır. 2016-cı ildə tikintisinə start verilən divar böyük beton-panel hissələrdən ibarətdir. Bir panelin ağırlığı 7 ton, hündürlüyü 3, eni 2 metr, qalınlığı 30 sm-dir. Divarın çəkilişi 770 milyon türk lirəsinə başa gəlib. Divarın üstündən tikanlı məftillər salınıb.
Divar Çin səddi və İsrail Divarından sonra uzunluğuna görə dünyada üçüncüdür.
Divarın çəkilməsindən məqsəd təhlükəsizliyin təmin edilməsidir. Buna baxmayaraq həmin ərazilərdə hərbçi postları əvvəlki qaydasında saxlanılır. Hər 500 metrdən bir nəzarət üçün süni təpələr düzəldilib və qarşı tərəfi görmək mümkündür.
Bundan başqa həmin ərazilərdə Türk Silahlı Qüvvələrinin ağır texnikası da saxlanılır.
Suriyanın Tel Abyad qəsəbəsinə yaxın olan Akçakalədə iki il əvvəl İŞİD-dən qurtulmaq üçün on minlərlə suriyalının Türkiyəyə keçdiyi sərhəd keçid məntəqəsi də bağlanıb. Hazırda Tel Abyadda YPG və ABŞ bayraqları, qarşı tərəfdə isə Türk bayraqları dalğalanır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA