Bakıda şimşək çaxacaq, yağış yağacaq, külək əsəcək - XƏBƏRDARLIQ
İyunun 17-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
ETSN-dən APA TV-yə verilən məlumata görə, günün ikinci yarısında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-18, gündüz 21-25 dərəcə isti, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
İyunun 16-sı axşamdan 17-si gündüzədək Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 17-18-də Bakı və Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA