ABŞ-da hasilatın artması nefti ucuzlaşdırır
ABŞ-da hasilatın artması dünya neft bazarında balansın yaranması prosesini ləngidir. APA TV-nin məlumatına görə, ABŞ Energetika Nazirliyi ölkədə gündəlik neft hasilatının 12 min barel artdığını açıqlayıb. Bu açıqlamadan sonra neftin qiyməti 3,5% ucuzlaşıb. Bu gün qiymətlər dünənki ucuzlaşmanın təsiri altında formalaşır.
Bundan başqa Beynəlxalq Enerji Agentliyi 2018-ci ildə bazarda təklifin tələbatı üstələcəyinə dair proqnoz açıqlayıb. Agentlik bildirir ki, ABŞ, Kanada, Braziliya və OPEK-ə daxil olmayan digər ölkələrdə gündəlik neft hasilatı 1,5 milyon bareli keçəcək. OPEK sövdələşməsindən azad olan Liviya və Nigeriyada hasilatın artması neftin qiymətini ucuzlaşdırır.
Bu gün birjaların ilk ticarət sessiyalarında “Brent” markalı neftin qiyməti 46,73 dollar təşkil edib. Səhər seanslarında isə qiymətlər 47,04 dollara kimi bahalaşıb. Qərbi Texas nefti də antirekordları təzələyir. Hazırda WTİ neftinin bir bareli 44,27 dollardan təklif olunur.
Bu gün ABŞ-da qaya nefti hasil edən qurğuların sayına dair növbəti hesabat açıqlanacaq. Qurğuların sayının bu həftə də artacağı gözlənilir, bu proqnoz təsdiqini taparsa, qiymətlərin 45 dollaradək ucuzlaşacağı istisna edilmir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA