Bakıda qəza: maşınlar bir-birinə yol vermədi

Bakının Nizami rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin xəbərinə görə, hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında, Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində qeydə alınıb.

Məlum olub ki, "Honda" markalı minik maşını Q.Qarayev prospektindən Nəsimi küçəsinə doğru, "Daewoo" markalı avtomaşın isə Q.Qarayev prospekti ilə düz istiqamətdə hərəkət edirmiş. İşıqforun yaşıl işığında sürücülərin bir-birinə yol verməməsi nəticəsində avtomobillər toqquşub.

Qəzada daha çox "Daewoo" markalı avtomaşına ziyan dəyib.

Yol qəzasının təfərrüatlarını Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin müfəttişləri araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR