Türkiyədə 23 nəfərə ömürlük həbs - 15 İYUL ÇEVRİLİŞ CƏHDİ
Ankara məhkəməsi çevriliş cəhdi işi üzrə 23 hərbçini ömürlük həbs cəzasına məhkum edib.
APA TV-nin “IHA” agentliyinə istinadən verdiyi xəbərə görə, hərbçilər çevriliş cəhdi zamanı ölkədəki konstitusiya quruluşunu dəyişməkdə, Türkiyə prezident administrasiyasının rəhbəri Fəxri Kasırqanı zorla saxlamaqda ittiham olunub. Onlar F.Kasırqanı zorla təcili yardım avtomobilinə mindirərək qiyamçıların qərargahının yerləşdiyi “Akıncı” aviabazasına aparıb.
26 müttəhimdən 23-ü ömürlük həbs cəzasına məhkum edilib, iki nəfər bəraət qazanıb, prezident qvardiyasının komandanı polkovnik Muhsin Qüdsi Barış 12 il azadlıqdan məhrum olunub.
OXŞAR XƏBƏRLƏR
17:52
771
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
818
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
903
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
552
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
676
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
712