Trampın baş naziri itələməsi Çernoqoriyanı məşhurlaşdırdı

Çernoqoriyanın baş naziri Duşko Markoviç Brüsseldə NATO-nun sammiti zamanı aralarında baş vermiş gözlənilməz hadisəyə görə ABŞ prezidenti Donald Trampa təşəkkürünü bildirib.

APA TV "RİA Novosti"yə istinadən məlumat verir ki, çernoqoriyalı baş nazir Trampın bu hərəkəti nəticəsində ölkəsinin məşhurlaşdığını bildirib.

May ayının sonlarında NATO-nun yeni qərargah binasında fasilə zamanı ABŞ prezidenti D.Trampın özündən öndə olan D.Markoviçi əli ilə itələyərək onun önünə keçmişdi. Bu hadisənin video görüntüsü tez bir zamanda internetdə yayılıb və istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Çernoqoriya və region ölkələrində isə bu, böyük rezonans yaradıb.

Baş nazir özü isə bu hərəkətdən incimədiyini və Amerika prezidenti üçün öndə getməyin "təbii hal" olduğunu açıqlayıb.

"Mən onu deməliyəm ki, iştirakçısı olduğum bu hadisəyə görə çox minnətdaram. Çünki bu, bizə məşhurluq qazandırdı. Çernoqoriyanı belə məşhur edən Tramp oldu", - deyə Markoviç müsahibəsi zamanı belə fikir səsləndirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR