ABŞ polisi Ərdoğanın mühafizəçilərini axtarışa verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 16-da ABŞ-a təşkil etdiyi səfəri zamanı Vaşinqtondakı türk səfirliyi binası qarşısında bu ölkəyə qarşı sərt şüarlar səsləndirən bir qrup PKK-çı etirazçılarla prezident mühafizəçiləri arasında yaşanmış qarşıdurma ilə əlaqəli başladılan istintaq işində yenilik var.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, həmin hadisələrə görə iki nəfər həbs olunub. Vaşinqton polisi Sinan Narin və Eyyub İldırım adlı həmin şəxsləri etirazçılara qarşı zorakılıq hərəkətləri etməkdə təqsirli bilib.
Bundan başqa, eyni hadisədə iştirak edən prezident Ərdoğanın 12 mühafizəçisi haqqında da həbs qərarı çıxardılıb. Polisin fikrinə görə, axtarışa verilən həmin mühafizəçilərin hamısı Türkiyədədir.
Hadisələrlə əlaqədar Amerika polisi tərəfindən aparılan istintaq çərçivəsində video görüntülər də araşdırılıb və ümumilikdə davada iştirak edən 42 nəfərdən 34-nün şəxsiyyətlərinin müəyyən edildiyi, onlardan 12-nin Türkiyə prezidentinin mühafizəçiləri olduğu açıqlanıb. ABŞ-ın polis rəsmilərinin açıqlamasına görə, həmin mühafizəçilər səfirlik binası qarşısında etirazçılara qarşı zor tətbiq etməkdə, onları döyməkdə günahlandırılır və yenidən bu ölkəyə gələcəkləri halda həbs olunacaqlar.
OXŞAR XƏBƏRLƏR
17:52
771
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
818
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
903
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
552
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
676
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
712