Zaqatalada 55 yaşlı kişini ildırım vurdu
Zaqatalada 55 yaşlı kişi ildırım vurması nəticəsində dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Üçüncü Tala kənd sakini İsa Bayramov adəti üzrə bu gün səhər tezdən şəxsi təsərrüfatında olan qoyunlarını otarmaq üçün yaxınlıqdakı örüşə gedib.
Bir neçə saat sonra qoyunların tək qayıtdığını görən oğlu atasına zəng etsə də, zəngləri cavabsız qalıb. Təcili həmin əraziyə getdikdə, atasını sahənin ortasında ölmüş halda tapıb. Yaxınlarının sözlərinə görə, onu ildırım vurub.
Mərhum günorta saatlarında dəfn olunub, onun üç övladı var.
OXŞAR XƏBƏRLƏR
17:52
771
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
818
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
903
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
552
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
676
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
712