Cocuq Mərcanlıların Qurtuluş Günü - REPORTAJ
Bu gün Cocuq Mərcanlı sakinləri builki Qurtuluş gününü heç vaxt unutmayacaqlar. Çünki məcburi köçkünlük həyatından qurtuluşlarına məhz bu gündən start verilir. Uzun illərdir müharibənin acısını yaşayan bu insanlar öz doğma kəndlərinə qayıdaraq yeni həyata başlayacaqlar.
Müsahibimiz Oktay Həziyev 23 ildir viran qalmış bu kənddə, düşmən gülləsinin bir addımlığında dədə-baba yurdunu tərk etməyən yeganə soydaşımızdır. Ailəsi ilə birlikdə çətin şəraitdə yaşamaq onun üçün çətin olsa da, bütün çətinliklərə sinə gərib: "Düşmənlə üzbəüz çox çətin idi. Mən qorxmamışam. Qorxmamağımın da səbəbi dövlətin gücündədir. Mənim topum yox, topxanam yox. Azərbaycan ordusuna, dövlətinə inanmışam. Çünki məni qoruyan ordu var. Burda da yaşadıq. Şükürlər olsun ki, yaşayışımız çox gözəl alındı. Bəlkə belə şeyləri adam yuxuda görər. Bu çin oldu. Dünyanın hər bir yerində azərbaycanlı fikirləşməlidir ki, bu dövlətdən güclü dövlət yoxdur".
Azərbaycan dövləti Oktayın əziyyətini cavabsız qoymadı. Yenidən qurulan Cocuq Mərcanlıya səfər edən Prezident İlham Əliyev Oktay Həziyevə hədiyyə etdiyi dördotaqlı mənzildə onun ailəsinin qonağı oldu. Bütün avadanlıqlarla təchiz olunmuş yeni mənzilin orderini və müstəqil Azərbaycan dövlətinin I dərəcəli "Əmək" ordenini ilk dəfə ona təqdim etdi: "Bu dövlətin qayğısı var. Əgər ölsəydim də dövlət mənim ailəmi də uşağımı da qayğısına qalacaqdı. Bu gün hər gün həqiqət bəlli oldu. Mən onun sonunu gördüm. Bu da çox gözəl alındı. Bütün Azərbaycan xalqı var olsun. O "qaçqın" sözü Azərbaycan xalqının üzərindən götürülsün".
Onun mükafatı təkcə bununla bitmədi. Oktay Həziyev yeni qəsəbənin ərazi icra nümayəndəsi təyin olundu.
Sərhədlə səngərin arasında yerləşən yeni qəsəbədə yaşamaq üçün artıq bütün şərait yaradılıb. Qəsəbənin tikintisində iştirak etmiş Cocuq Mərcanlıdan olan gənclər isə burada daimi işlə təmin olunub. Şamxal Şirinov Cocuq Mərcanlıdan didərgin düşəndə 5 yaşı olub. İndi onun oğlunun 5 yaşı var. Sabirabad rayonda məskunlaşan Şamxal qəsəbənin istifadəyə verildiyini eşidən kimi görməyə gəlib: "Özüm Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindənəm. Hazırda da burda yaşamaq istəyirəm. 29 ildir bu kəndin arzusundayam. İnşallah, qismət olsa, evlə təmin olunsaq, uşaq burda birinci sinfə gedəcək".
Hazırda qəsəbənin küçələrində quraşdırılmış 8 kamera vasitəsilə polis müşahidə məntəqəsindən Cocuq Mərcanlıya tam nəzarət edilir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA