“Azərişığ”ın əməkdaşı ağacdan yıxıldı
Qax sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə dünən axşam saatlarında “Azərişıq” ASC-nin Qax rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları rayon ərazisindən keçən hava elektrik xətlərini ağac budaqlarından qorumaq üçün təmizlik işləri aparan zaman baş verib.
Şəbəkənin əməkdaşı, Qax sakini Abid Sultanəliyev budaqlarını budadığı ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 52 yaşlı Abid Sultanəliyev Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Abid Sultanəliyevə aşağı və yuxarı ətrafların (bazu və baldır) sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR
17:52
771
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
818
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
903
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
552
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
676
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
712