Prezident Parlamentlərarası İttifaqın baş katibini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edib.
APA TV-nin məlumatına görə, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini, Bakının gözəl şəhər olduğunu bildirib.
Qonaq ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşamasının önəmini qeyd edərək, Parlamentlərarası İttifaqın Azərbaycanla əməkdaşlıqda xüsusilə maraqlı olduğunu bildirib.
Azərbaycan haqqında dolğun və obyektiv məlumatların yayılmasında maraqlı olduğumuzu deyən prezident İlham Əliyev müxtəlif ölkələrdən qonaqların, o cümlədən parlament üzvlərinin Azərbaycana səfərə gələrək inkişafı öz gözləri ilə görməsinin əhəmiyyətini vurğulayıb. Parlamentlərarası əlaqələrin önəminə toxunan dövlət başçısı Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə əməkdaşlıq etdiyini deyib və bildirib ki, bu çoxşaxəli əməkdaşlıq uğurlu nəticələr verir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlər, səfərlər xalqlar və millətlər arasında dialoq, tolerantlıq və qarşılıqlı anlaşma mühitinin yaradılmasında xüsusi rol oynayır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA