Şəmkirdə 11 yaşlı uşağı maşın vurub öldürdü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb.

 

1992-ci il təvəllüdlü Suliddin Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2006-cı il təvəllüdlü Taleh Şərifovu vurub. Ağır xəsarət alan 11 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

 

Qeyd edək ki, hadisə zamanı Taleh Şərifov velosipedlə hərəkətdə olub.

 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR