Səidə Sultanla Pərvin Abıyeva barışdı
“Maşın Şou - Qarşıdurma”nın ən böyük qalmaqalı aktrisa Pərvin Abıyeva və müğənni Səidə Sultan arasında baş verdi.
Onların bu mübahisəsi günlərlə müzakirə olundu. İstər sosial şəbəkələrdə, istərsə də elə şou aləmində. Hər iki tərəfi ittiham edən də oldu, müdafiə edən də. Amma şou-biznesin bu iki məşhur xanımı barışmağa qərar verdi. İlk addımı bir neçə gün öncə elə şounun çəkiliş meydanında Səidə Sultan atdı: "Səidə kinli insan deyiləm".
Qarşı tərəf isə ötən axşam Səidə ilə küsülü olmadığını təsdiqlədi: "Biz bayırda dostluq edəcəyik".
Səidə fürsətdən istifadə edib, daha bir sirrin üstünü açdı: "Burada bir nəfər var idi, aranı qarışdırırdı".
Bu mübahisədə adı hallanan Kənan M.M. də onların barışığına sevindi desək, yalan olmaz.
Nə deyək, təki mehribançılıq olsun!
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA