Xaçmazda iki maşın toqquşdu: ağır yaralılar var

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, qəza Xudat-Yalama yolunun 4-cü km-də, Susayqışlaq kəndi ərazisində baş verib.

 

38 BX 279 dövlət qeydiyyat nişanlı avtomobillə 90 ES 132 nömrəli maşın toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Qusar rayon sakinləri 1991-ci il Tariyel Cərullayev, 1991-ci il təvəllüdlü Elşən Hacıverdiyev, 1991-ci il təvəllüdlü Seymur Səfərəliyev, 1991-ci il təvəllüdlü Surxay Tağıyev və 1983-cü il təvəllüdlü Xaçmaz rayon sakini Azər Mirzəyevdir.

 

Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sonuncudan başqa digərlərinin vəziyyəti ağırdır.

 

Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR