Binaların dam örtüyü dağıldı, ağaclar qırıldı - GƏNCƏDƏ GÜCLÜ LEYSAN
Gəncə şəhərində səhər saatlarında küləklə müşahidə edilən güclü leysan olub.
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, nəticədə şəhərin bəzi ərazilərində həyətlərə su dolub, ağacların budaqları qırılaraq yola düşüb.
Külək bəzi yaşayış evlərinin dam örtüyünə ziyan vurub, hündür mərtəbəli binanın dam örtüyü tamamilə dağılıb. Həmçinin şəhərin elektrik və qaz təsərrüfatına ziyan dəyib. Külək nəticəsində hündürlükdən düşən ağac budaqları elektrik xətlərini və qaz borularını zədələyib.
Hazırda müvafiq qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş görür.
OXŞAR XƏBƏRLƏR
17:52
793
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
844
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
926
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
555
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
678
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
714