Rusiya kosmosa raket göndərdi, yanğın başladı: ölən var

Qazaxıstanın "Baykonur" kosmodromundan Rusiyaya məxsus "Proqress MS-06" raketini fəzaya yola salmalı olan "Soyuz-2.1a" raket daşıyıcısı "start" komandası verildikdən bir qədər sonra alışıb.

 

APA TV-nin Rusiya mətbuatına görə, raketin yan blokları Jeskazqan əyalətinin 50 kilometr qərbində yerə düşüb. Hadisədən sonra ərazidə yanğın başlayıb. Güclü külək, eyni zamanda hərarətin 34 dərəcə olması yanğınsöndürənlərin işini bir qədər də çətinləşdirib.

 

Hadisə yerində işləyən "KamAZ" markalı avtomobil alışıb, avtomobilin sürücüsü həlak olub.

 

Qeyd edək ki, "Soyuz-2.1a" Beynəlxalq Kosmik Stansiyaya kiçik həcmli peyklər, yanacaq, su və ekipaj üçün ərzaq çatdırmalı imiş. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR