ABŞ-ın planı, OPEK-ə şübhə, FED-in gözlənilən qərarı: NEFT SÜRƏTLƏ UCUZLAŞIR

Dünya bazarında xam neftin qiyməti ciddi ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft birjalarda 47,06 dollardan təklif olunur. Ötən gün axşam saatlarında bu markadan olan neft 48,34 dollardan satılıb. Qərbi Texas nefti də 1 dollardan çox ucuzlaşıb. Dünən axşam 46,26 dollara satılan WTI markası hazırda 44,72 dollara təklif olunur.

 

Neft bu ay təxminən 8 faiz ucuzlaşıb. Buna əsas səbəb OPEK və qeyri-kartel ölkələri arasında istehsalın azaldılması ilə bağlı razılaşmaya şübhələrin artması və ABŞ-da neft istehsalı ilə bağlı baş verən hadisələrdir. Bu ölkədə neft hasilatı artmaqla yanaşı ehtiyatların bir qisminin satışa çıxarılması planlaşdırılır. Digər tərəfdən Səudiyyə Ərəbistanı ilə Qətər arasında siyasi böhran da qiymətlərə mənfi təsir edir.

 

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) isə dolların faizini 0,75 faizdən 1 - 1,25 faizədək artırıb. FED-in faiz siyasəti də neftin qiymətlərinə əngəl olacaq. Çünki baha dollar, ucuz neft deməkdir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR