ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

ABŞ Senatı səs çoxluğu ilə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üzrə qanun layihəsini təsdiqləyib. APA TV-nin məlumatına görə, sənəddə prezident Donald Trampa Konqresin razılığı olmadan sanksiyaları yumşaltmaq və yaxud aradan qaldırmağa imkan verməyən müddəa yer alır.

 

Yeni sanksiyalar Rusiya banklarının bazar maliyyələşdirilməsinin maksimum müddətinin 14 günə qədər, neft-qaz şirkətlərinin isə 30 günə qədər azaldılmasını nəzərdə tutur.

 

Bundan sonra, qanun layihəsi Konqresin Nümayəndələr palatasının müzakirəsinə təqdim ediləcək və təsdiq olunduğu halda prezident tərəfindən imzalanması üçün Ağ Evə göndəriləcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR