ABŞ-da daha bir atışma: 2 ölü, 5 yaralı
ABŞ-ın San-Fransisko şəhərində silahlı insident baş verib. APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 2 nəfər ölüb, 5 adam yaralanıb.
Yerli vaxtla səhər saat 9.00-da (Bakı vaxtı ilə 20.00) naməlum şəxs eskpress poçt ofisinin qarşısında atəş açmağa başlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Onlar silahlı şəxsi yaralayıblar. O, zərərsizləşdirilib və xəstəxanaya yerləşdirilib. Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, hadisə yerində kriminalistlər və müstəntiqlər işləyir.
Qeyd edək ki, bu, son bir neçə saat ərzində ABŞ-da ikinci silahlı insidentdir. İyunun 14-ü səhər saatlarında Virciniya ştatının Aleksandriya şəhərindəki beysbol meydançasında Respublikaçılar Partiyasından olan bir neçə Konqres üzvünə atəş açılıb. Silahlı şəxs meydançada məşq edən Konqres üzvlərinə 100-ə yaxın güllə atıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Hadisəni törədən Ceyms Hodqkinsonun özü də polis əməkdaşlarının cavab atəşi ilə yaralanıb. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA