FHN Akademiyasında Milli Qurtuluş Günü qeyd olundu
Fövqəladə Hallar Nazirliyi Akademiyasının “Heydər Əliyev məktəbi”nin lektoriyasında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, əvvəlcə Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanan toplantıda çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, 15 iyun - məhv olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanın xilası günüdür. Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət ulu öndər Heydər Əliyev xalqın səsini eşidərək hakimiyyətə yenidən xilaskar qayıdışı ilə ölkəni vətəndaş müharibəsi, parçalanmaq təhlükəsindən xilas etdi. Ulu öndərin əsasını qoyduğu və ölkəmizin dinamik inkişaf istiqamətlərin müəyyən edən siyasi xətt bu gün möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Milli Məclisin deputatı Aydın Hüseynov ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının müstəqillik tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmasını vurğulayaraq, xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn ümummilli liderin Azərbaycanı müstəqilliyinin məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdiyini xatırladıb. O, ulu öndərin ideyalarını uğurla həyata keçirən prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın son illər əldə etdiyi tarixi nailiyyətləri diqqətə çatdırıb.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA