Siyavuş Novruzov: "Kiməsə "seyidlik vəsiqəsi" verilməsi..."

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov son günlər sosial şəbəkələrdə müzakirə olunan "seyidlik  vəsiqəsi" ilə bağlı fikirlərə münasibət bildirib.

APA TV-nin məlumatına görə, millət vəkili bunu qanunsuz addım adlandırıb: "Bu çox yanlış addımdır. Bu addımı atan şəxs ölkə qanunvericiliyini pozur, həm də "Dini etiqad azadlığı haqqında" qanunu pozur. QMİ yəqin bu məsələ ilə müvafiq qərarını verəcək".

 

Siyavuş Novruzov qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QMİ və Milli Məclisin Dini Qurumlar Komitəsi, eləcə də Prezident Administrasiyasında yeni yaradılan dini məsələlər üzrə şöbənin mütəxəssisləri tərəfindən bu kimi məsələlər araşdırılır: "Hər bir həyata keçirilən ritual Azərbaycan Konstitusiyasına, dövlət quruluşuna və "Dini etiqad haqqında" qanuna uyğun olaraq həyata keçirilməlidir. İndi bunun qiymətini hüquq-mühafizə orqanları verəcək".

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR