Millət vəkili: "Bəzi partiya rəhbərləri düzgün adamlardısa..."

"Həm siyasi partiyaların, həm də qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı məsələyə baxılmalıdır. Bu yaxınlarda baş prokuror açıqlama verdi ki, bəzi qeyri-hökumət təşkilatları və siyasi partiyalar maliyyə gəlirləri ilə bağlı aidiyyəti qurumlara hesabat vermirlər. Bu məsələlər diqqətdə saxlanılmalıdır".

 

Bunu APA TV-yə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

 

O bildirib ki, QHT-lər Ədliyyə Nazirliyinə, siyasi partiyalar isə Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verməlidir: "Bu yaxınlarda siyasi partiyalardan birinin müavini başqa ölkəyə 41 dəfə səfər edib və oradakı banklardan müxtəlif valyutalarda pullar çıxarıb. Bu pullar sağlam məqsədə xidmət etmir. Əgər sağlam adamsansa, niyə bunu Azərbaycanda, bizim banklar vasitəsilə almır, digər ölkələrin bankından alırsan? Biz bu məsələlərin tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməliyik, cəzalar sərtləşdirilməlidir. Bəzi partiyalar hesabatlarında "0" rəqəmi göstərirlər, amma bahalı avtomobilləri, cangüdənləri var. Bütün bu məsələlərə yenidən qayıtmaq lazımdır".

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR