Fəttah Heydərov: "Heydər Əliyev Azərbaycanın müstəqilliyini xilas etdi"
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şuranın üzvləri 15 iyun - Qurtuluş Günü münasibətilə Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
APA TV-nin xəbərinə görə, Fəttah Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, Qurtuluş Günü Azərbaycanın müstəqilliyi üçün həlledici gündür. O, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin məhv olmaqdan xilas olduğunu vurğulayıb: “Azərbaycan məhrumiyyətlərdən qurtuldu, uğurlar qazandı. Ölkədə dövlət strukturları formalaşdı və Azərbaycan dünyada tanındı”.
F.Heydərov bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu kursu prezident İlham Əliyev uğurla davam etdirir: “Bu gün bütün dünyada böhran, qarışıqlıq olsa da, Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür”.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA