Maşın radar dirəyinə çırpıldı: 1 ölü, 2 yaralı

Ağstafada avtomobil yeni quraşdırılan radar dirəyinə çırpılıb. APA TV-nin xəbərinə görə qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

 

Hadisə Bakı-Qazax magistralının Dağ Kəsəmən kəndindən keçən hissəsində baş verib. Bakı şəhər sakini, 25 yaşlı İntiqam Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı radar dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 26 yaşlı Lənkəran sakini Hüseyn Rəhimov dünyasını dəyişib. Sürücü və digər sərnişin Rusif Eyvazov isə müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sürücünün vəziyyəti ağır qiymətləndirilir.

 

Qəza zamanı radar sıradan çıxıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR