Əli Əhmədov: "Milli Qurtuluş bu gün də davam etməkdədir"
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş "Azərbaycan dünyaya günəş kimi doğacaq" adlı tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbir ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Sonra çıxış edən baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov Azərbaycanın əldə etdiyi uğurlardan danışıb, YAP-ın Heydər Əliyev ideyalarına xidmət edən möhtəşəm ordu olduğunu qeyd edib: "Milli Qurtuluş bu gün də davam etməkdədir. Azərbaycanın bugünkü inkişafı, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də Milli Qurtuluşun davamıdır, ondan ilhamlanır".
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan XX əsrin sonlarında müstəqilliyini əldə etmiş ən uğurlu dövlətlərdən biri kimi qiymətləndirilməlidir və qiymətləndirilir: "Azərbaycan möcüzə kimi qiymətləndiriləcək bir inkişafa nail olub. Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb. İl ərzində iqtisadiyyatlarını 3-5 faiz artıran dövlətlər bundan qürur duyurlar. Azərbaycan 12-13 il ərzində iqtisadiyyatını 300-350 faiz artırıb".
Baş nazirin müavini nəzərə çatdırıb ki, pensiyalar 12-13 il ərzində 250 faiz artıb.
YAP Siyasi Şurasının üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 15 iyunun Azərbaycan xalqının öz taleyini həll etdiyi gün olduğunu vurğulayıb.
Daha sonra YAP fəalları çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA