Bakıda Son Zəng çalındı - REPORTAJ
Bu gün 11-cilərin həyatının ən həyəcanlı günlərindən biridir, çünki onlar üçün məktəbin son zəngi çalındı. Bu son zəng onlar üçün həm yeni bir başlanğıc, həm də yeni bir həyatdır.
Bu gün onlar üçün həm sevincli, həm də kədərli bir gündür. 11 il oxuduqları məktəblə vidalaşır və daha da məsuliyyətli həyata qədəm qoymağa hazırlaşırlar.
Onların hamısının bir arzusu var - yüksək bal yığıb tələbə adını qazanaraq oxuduqları məktəbin adını ucaltmaq: "Çox qəribə hisslər keçirirəm. Həm sevinirəm, həm kədərlənirəm, çünki 11 il bu məktəbdə oxumuşam. Məktəbin verdiyini heç bir şey verməz, darıxacağam məktəbim, dostlarım üçün. İlk müəlliməm üçün çox darıxacağam. Yüksək bal yığıb Tibb Universitetinə qəbul olmaq istəyirəm".
Məzunlar qədər valideynlər də həm həyəcanlı, həm də xoşbəxt olduqlarını deyirlər: "Gözəl gündə iştirak etdiyimiz üçün xoşbəxtik, 11-cilərin hamısına uğurlar arzu edirik. İnşallah, universitetə qəbul olarlar".
Bu gün həm də 1-cilərin son zəngidir. Onlar da 1-ci sinfi bitirirlər, bu ilin məzunlarını müxtəlif rəqs nömrələri ilə təbrik edirlər.
Məzunların müəllimləri də bu gün münasibətilə şagirdlərini təbrik edib, onlara tələbə adını qazanmağı arzuladılar: "Bütün şagirdlərə arzu etdiyim odur ki, hamısı arzularına çatsın. həm bizi sevindirsinlər, həm valideynlərini".
Qeyd edək ki, bu il Azərbaycan ümumtəhsil məktəblərinin IX siniflərini 110 638, XI siniflərini 84 088, qiyabi ümumtəhsil məktəblərini isə 723 şagird bitirir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA