Baş nazirin müavini: “Bu münaqişə həddindən çox uzandı”
"ATƏT-in Minsk qrupu həmsədrlərinin səfərindən gözləntimiz var. Onlar ədalətli qərar qəbul edilməsi üçün daha səylə çalışmalı, vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir".
APA TV-nin məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov deyib.
O, təəssüflə qeyd edib ki, uzun illərdir ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımı addımlar atılmayıb: “Düzdür, müəyyən işlər görürlər, mən bunların işinə tamamilə ədalətsiz demək istəməzdim. Amma məsələnin həll olunması, bizim məcburi köçkünlərin həyatının yaxşılaşdırması üçün əsas işlər görülməyib. Torpaqlarımız işğaldan azad olmayıb, qaçqın və köçkünlər öz yurdlarına qayıtmayıb və s. Bizim onlardan gözlədiyimiz bundan ibarətdir. Bu yaxınlarda bəyanatlar səsləndiriblər. Amma əsas bəyanat ondan ibarət olmalıdır ki, bu problem həllini tapsın. Bu münaqişə həddindən çox uzandı, bunun uzanması da bir yandan insanlara qarşı ədalətsizliyin davam etməsi, digər tərəfdən isə regionda təhlükəsizliyə təhdidin artması deməkdir".
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA