Londonda yanan binada ölü sayını müəyyən etmək mümkün deyil - YENİ GÖRÜNTÜLƏR

Londonda 27 mərtəbəli binada başlayan yanğın davam edir. APA TV-nin məlumatına görə, rəsmilər binada ölənlərin olduğunu bildirsə də, dəqiq rəqəm açıqlamaq mümkün deyil.


Tüstüdən zəhərlənən 50 nəfər şəhərdəki 5 xəstəxanaya çatdırılıb.


Binada müsəlman sakinlərin daha çox yaşadığı bildirilir, Türkiyə mətbuatı isə onların arasında türklərin də olduğunu yazıb.

Hadisə yerinə gələn və xilas olan insanlar binada qalan yaxınları və ailə üzvləri ilə mobil telefonlar vasitəsilə əlaqə saxlaya bilmir.

"Grenfell Tower"in söndürülməsinə 200 yanğınsöndürən, 40 yanğınsöndürən maşın və çox sayda ambulans cəlb olunub.

120 mənzilli binanın söndürülməsi üçün havadan da müdaxilə edilir.

Binanın çökmə təhlükəsi yaranıb. Çökmə təhlükəsi səbəbindən ətraf binalarda yaşayan sakinlər təxliyə edilib. Böyük bir ərazi nəzarətə götürülüb.

"Grenfell Tower" 1974-cü ildə inşa edilib.

Hadisənin terror aktı olub-olmadığı da məlum deyil.

Xatırladaq ki, martın 22-dən bu tərəfə İngiltərədə üç terror aktı həyata keçirilib. Bunlardan ikisi Londonda, biri isə Mançesterdə törədilib. Nəticədə terrorçular da daxil, 35 nəfər həyatını itirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR