MDB-nin gömrük rəhbərləri Bakıda toplaşdı
Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası keçirilib.
APA TV-nin xəbərinə görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
İclasda mövcud gömrük qanunvericiliyi və onun tətbiqi praktikasının təkmilləşdirilməsinə dair bir sıra aktual məsələlər müzakirə olunub. Şura bir sıra sazişlərin müddəalarının dəyişdirilməsinə yönəlmiş sənədləri təsdiq edib. Xüsusilə gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il sazişinə düzəlişlər qəbul edilib.
MDB-nin xarici iqtisadi fəaliyyətinin vahid Əmtəə nomenklaturasına dəyişikliklər təsdiq olunub. MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclasının 2017-ci ilin IV rübündə Qırğızıstanda keçirilməsi qərara alınıb.
Sonda gömrük əməkdaşlığı ilə bağlı MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri mükafatlandırılıb. Daha sonra Azərbaycan və Rusiya arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Rusiyanın Federal Gömrük Xidməti arasında protokol, Azərbaycan Dövlət Gömrük Xidməti ilə Qırğız Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında, Özbəkistan Dövlət Gömrük Xidməti və Tacikistan Hökuməti yanında Gömrük Xidməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, eləcə də Özbəkistan Dövlət Gömrük və Tacikistan Hökuməti yanında Gömrük Xidmətləri arasında qarşılıqlı ticarətin gömrük statistikasına dair məlumatların müqayisəsi zamanı qarşılıqlı fəaliyyət qaydası haqqında protokollar imzalanıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA