Ərəb səfirdən Trampa müraciət: "Aviabazanı Qətərdən çıxar!"
Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqtondakı səfiri Yusif Əl Otayba ABŞ-nı Qətərdəki əl-Ədid aviabazasını adı çəkilən ölkədən çıxarmağa çağırıb.
APA TV-nin "The Hill"ə istinadən məlumata görə, səfir bu müraciətlə prezident Donald Trampa səslənib.
Diplomat əlavə edib ki, Tramp həmin aviabazadan Dohaya təzyiq vasitəsi kimi də istifadə edə bilər: "Əl-Ədid əlavə təsirdən qorunmaq üçün çox yaxşı sığortadır. Bəlkə də hansısa konqresmen həmin aviabazanın Qətər ərazisindən çıxarılması məsələsinə yenidən baxılmasını təklif etsin?"
Əl Otayba bildirib ki, bu vaxta qədər Amerikan hərbi bazası Doha üçün yaxşı qalxan olub və Qətər bu qalxanın arxasından Yaxın Şərqdə stabilliyi pozanları dəstəkləyib: "Düzünü desək, mən bu fikirdəyəm ki, bu vaxta qədər Qətərə qarşı hər hansı ölçü məhz bu aviabazaya görə götürülməyib".
Xatırladaq ki, bu ayın əvvəlində başda Səudiyyə Ərəbistanı olmaqla Bəhreyn, BƏƏ, Misir, Yəmən, Liviya, Maldiv, Mavrikiy, Mavritaniya və Komor adaları Qətərlə diplomatik əlaqələri kəsib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA