ABŞ-ın ehtiyatlarının artacağı gözlənilir, neftin qiyməti sabitləşir
Son 24 saat ərzində birjalarda neftin qiymətində ciddi dəyişiklik olmayıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 bareli 48,27 dollardan satılır, Qərbi Texas neftinin bir bareli isə 45,98 dollardan təklif olunur.
Birjalarda tərəddüdə səbəb Amerikanın neft ehtiyatlarının həcminə dair qeyri-rəsmi hesabatın açıqlanmasıdır. Bazar ertəsi nüfuzlu informasiya agentliklərinin sorğusunda iştirak edən neft analitikləri ABŞ-ın kommersiya neft ehtiyatlarının ötən həftə ərzində 2,7 milyon barel azalacağını proqnozlaşdırıblar. Amerika Neft İnstitutu isə açıqladığı hesabatda ehtiyatların 2,75 milyon barel artacağını proqnozlaşdırıb. Hesabata əsasən, ABŞ-da yeraltı anbarlarda saxlanan ehtiyatların həcmi 511,4 milyon barelə çatıb. Bu gözlənilməz rəqəm birja iştirakçılarında tərəddüd yaradıb, bu səbəbdən treyderlər Energetika Nazirliyinin bu gün açıqlayacağı rəsmi hesabatı gözləməyə üstünlük verir.
Bundan başqa, Qətər böhranı da neftin qiymətinə ciddi təsir göstərməyə başlayıb. Səudiyyə koalisiyasının atacağı hər praktik addım neftin qiymətini dəyişə bilər, bu səbəbdən birjalar gözləmə mövqeyi tutmaqdadır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA