Londonda dəhşət: 27 mərtəbəli bina məşəl kimi yanır, içəridə adamlar var - HADİSƏ YERİNDƏN
Londonda 27 mərtəbəli binada yanğın baş verib.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, ikinci mərtəbədə başlayan yanğının miqyası qısa müddətə genişlənib və bütün binanı əhatə edib.
Yerli vaxtla saat 01:15-də başlayan yanğının səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub.
Yaşayış binasının sakinləri iplərlə və yataq mələfələri ilə xilas olmağa çalışıb. Bəziləri isə pəncərələrdən tullanıb.
Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.
Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsə də, heç bir rəsmi açıqlama verilməyib.
Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA