Banqladeşdə güclü yağışlarda 134 nəfər ölüb

Banqladeşdə 134 nəfər leysan yağışlar və torpaq sürüşmələrinin qurbanı olub.

APA TV-nin “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakətdən ən çox Ranqamati və Bandarban əyalətləri ziyan çəkib. Bu rayonlarla telefon əlaqəsi kəsilib, nəqliyyatın hərəkəti iflic olub. 

Ölənlərin sayının artacağı istisna olunmur. Xilasedicilər hazırda ərazidə axtarış-xilasetmə əməliyyatını davam etdirilir.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR