Avro möhkəmlənir, ingilislər isə çaş-baş qalıb: avro, ya funt-sterlinq?

Avropa Birliyi Komissiyası avronun qorunması və iqtisadiyyatda sabitliyinin təmin edilməsi üçün bəzi maliyyə tədbirlərinə əl atıb.

APA TV "Euronews"a istinadən xəbər verir ki, irəli sürülmüş yeni qanunlar avro ilə hesablaşma aparılmasını vacib sayır və buna riayət etməyən şirkətlər əlavə yoxlamalarla üzləşə bilər. Bununla da "Brexit" sonrası Böyük Britaniyada funt-sterlinq sisteminə qayıtmalı olan bəzi şirkətlər indidən çıxılmaz vəziyyətlə qarşı-qarşıya qalıb.

Yeni idarəetmə sisteminə görə, şirkətlər böyük həcmli bank əməliyyatları edə bilmələri üçün Avropa Birliyi sərhədlərini aşa bilməz. Ancaq Avropa Birliyinin yeni qanunları hələlik krallığın Mərkəzi Bankına şamil edilmir.

Bununla belə, mütəxəssislər, "Brexit"dən sonra avroya əsaslanan müqavilələr ləğv olunacağı halda, Böyük Britaniyadakı şirkətlərin təxminən 80 min nəfər işçini ixtisara salacağı qənaətindədir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR