Göygöldə avtomobil dəmir arakəsməyə çırpılıb: xəsarət alanlar var
Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Goranboy rayon sakini, Allahverdiyev Elcan Saday oğlunun idarə etdiyi “QAZ-3129” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və nəticədə yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı sürücünün atası Goranboy rayon sakini, 1980-ci il təvəllüdlü Allahverdiyev Saday Əşrəf oğlu ağır, anası Mahirə Allahverdiyeva isə yüngül xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Saday Allahverdiyevin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA