Kürdəmirdə bədbəxt hadisə: sürücü avtobusun altında can verdi

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bakı prospektində qeydə alınıb. Gəncə səhər sakini, 1965-ci il təvəllüdlü İbrahimov Vahid Mahir oğlu idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunu yol kənarındakı restoranların birində saxlayıb. Avtobusun təkərində yaranmış nasazlığı aradan qaldırmaq məqsədi ilə onu avtokran vasitəsi ilə qaldırıb və avtobusun altına girib.

Ehtiyatsızlıq nəticəsində avtomaşın V.İbrahimovun üstünə düşüb və sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR