Rəsmi Pxenyan 15 illik həbs olunan amerikalı tələbəni buraxdı

Şimali Koreyada 15 illik azadlıqdan məhrumetmə cəzası alan amerikalı tələb sərbəst buraxılıb.

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Otto Vombier artıq bu ölkəni tərk edib və Amerika Birləşmiş Ştatlarının Ohayo ştatındakı evinə yollanıb.

22 yaşlı Vombier 2016-cı ildə Şimali Koreyada qaldığı bir oteldə divara vurulmuş plakatı götürmək istəyərkən tutulub. Sonradan günahını etiraf edən tələbəni Şimali Koreya ali məhkəməsi "düşmənə casusluq"da təqsirli bilərək, ona 15 illik həbs cəzası təyin edib.

Bu qərara etiraz edən ABŞ diplomatları isə rəsmi Pxenyanı bir tələbədən siyasi şantajda istifadə edilməsində günahlandırıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR