Ağcabədidə 54 yaşlı kişi intihar etdi
Ağcabədidə 54 yaşlı kişi özünü kanala ataraq intihar edib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaradolaq kəndi ərazisində baş verib.
Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün Tofiq Cəlil oğlu özünü körpüdən Qarabağ kanalına ataraq intihar edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub və Tofiq İsmayılovun axtarışına başlanıb.
Yaxınlarının APA TV-yə verdiyi məlumata görə, Tofiq İsmayılovun psixoloji problemləri olub: "Saat 9:00 radələrində gəlib özünü bu körpüdən atıb. Hadisə baş verən vaxt övladı da arxasınca gəlib soruşub ki, ata, hara gedirsən? Sualına cavab verməyərək özünü kanala atıb. Ara məsafəsi heç 20 metr olmayıb".
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA