Qətər böhranı: Türkiyə, Mərakeş və İran əmirliyə içməli su yardımı göndərir
Mərakeşin xarici işlər naziri hava yolu ilə Qətərə göndərilən ərzaq və su yardımını artıracaqlarını bəyan edib.
APA TV-nin məlumatına görə, bundan əvvəl Qətərə ərzaq və içməli suyun 80 faizi quru sərhədləri vasitəsilə göndərilirdi. Diplomatik böhrandan sonra isə Qətərin quru sərhədləri bağlanıb və yardımlar yalnız təyyarələr vasitəsilə göndərilir.
İran və Türkiyə də Qətərə yardım göstərməyə boyun olublar. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan regionda yaranmış böhranın həlli üçün Qətər əmiri ilə görüşməyə hazır olduğunu deyib. İran isə dünən blokadada olan bu ölkəyə 5 təyyarə ilə 450 ton qida yardımı göndərib.
OXŞAR XƏBƏRLƏR
17:52
843
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
910
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
987
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
555
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
678
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
714