Prezident AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.
APA TV-nin məlumatına görə, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri səfər çərçivəsində Bakıda keçirəcəkləri görüşlər barədə dövlətimizin başçısına məlumat veriblər.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
17:52
844
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
911
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
988
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
555
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
678
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
714