Murad Dadaşov əməliyyat olundu - BU GÜN EFİRƏ ÇIXACAQMI?

“Maşın Şou”nun tarixində indiyədək belə hadisə olmamışdı. Murad Dadaşov şouya gəlmədi.

 

APA TV-nin məlumatına görə, realiti şounun 14-cü sürətində final həyəcanını Murad Dadaşov deyil, başqa aparıcılar açıq elan etdi.

 

Hacı Nuran Murad Dadaşovun səhhətində problem olduğunu və bu səbəbdən şouya gələ bilmədiyini deyib: “Murad bu gün kiçik bir cərrahiyyə əməliyyatı keçirib. Şükür, hər şey yaxşıdır. Göndərmişik onu evə, istirahət etsin”.

 

Mətanət Əliverdiyeva və Hacı Nuran Hüseynovdan sonra növbəti yarım saatı ikili şəkildə Fərda Amin və Azər Zahid, Səidə Sultan və Murad Əzimzadə, Sərxan Kərəmoğlu və Vüsalə Kərimova idarə edib.

 

Murad Dadaşov səhhətindəki son durumla bağlı APA TV-ə açıqlama verib: “Məsələ burasındadır ki, 11-12-si gecəsi halım pisləşdi. Sol ayağımda bir müddət idi ki, ağrılar var idi, fikir vermirdim. Elə bilirdim, ayaqqabı narahatdır. Amma gördüm ki, ayaqqabı məsələsi deyil. Sonuncu dəfə 11-i efirə çıxdım. Həmin gün corabımı belə geyinə bilmədim. Ayağım çox şişmişdi. Səhəri gün həkimlə əlaqə saxladıq. Elə bildik travmatoloji, sümüklə bağlı problemdir. Sən demə, infeksiya varmış, iltihab olub. Dəhşətli ağrılar idi. İlk müayinədə qərar verildi ki, təcili əməliyyat olunmalıdır”.

 

Bəs Murad Dadaşov indi özünü necə hiss edir? Şounu bu gün kim idarə edəcək?

 

Suallarımıza qoy özü cavab versin: “Verilişə çıxa bilmədim. İndi də halsızam. Amma hər şey qaydasındadır. Şükür Allaha, bir az özümə gəlmişəm. Ümid edirəm ki, gücüm çatacaq və layihəni özüm bitirəcəyəm. Fürsətdən istifadə edib köməyimə gələn həmkarlarıma, dostlarıma təşəkkür edirəm. Bilmirdim ki, insanlara bu qədər maraqlıyam. Allah hamıya can sağlığı versin. Sizə də minnətdaram. Ən böyük açıqlamam APA TV üçün”.  

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR