İran ötən il neft satışından 41,1 milyard dollar qazanıb

OPEK üzvü olan ölkələrin xam neft satışından gəlirləri son 11 ildə minimuma düşüb.

 

APA TV-nin məlumatına görə, kartelin illik hesabatında bildirilir ki, 2016-cı ildə OPEK-in gəlirləri bir il əvvələ nisbətən 13,2 faiz azalaraq 445,7 milyard dollar olub. OPEK ölkələri ən çox gəliri 2012-ci ildə əldə ediblər - 1,2 trilyon dollar.

 

Ötən ilin yekunlarına görə, neft gəlirləri artan yeganə OPEk üzvü İrandır. İran 2016-cı ildə xam neft satışından 41,1 milyard dollar gəlir əldə edib. Bu, bir il əvvəlki göstəricidən 1,5 dəfə çoxdur. İranın neft satışından daha çox gəlir götürməsi sanksiyaların ləğvi ilə bağlıdır.

 

Maraqlıdır ki, ötən il OPEK üzvlərinin neft satışından gəlirləri azalsa da, neft nəqlini 6,5 faiz artırıblar. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR