Səudiyyə Ərəbistanı Qətərin blokadasını yumşaltdı - İLK ADDIM

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı üçüncü ölkələrin aviaşirkətlərinə Qətərə yönələn və ya buradan havaya qalxan təyyarələrə öz hava məkanlarından istifadəyə icazə verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu icazədən şəxsi və çarter reysləri də yararlana biləcək.

 

Lakin bununla belə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı aeroportlar Qətər dövlətinə məxsus hava gəmiləri üçün bağlıdır. Eyni zamanda bu ölkələrə aid aivaşirkətlərdən Doha və digər istiqamətlərə uçuşlar da dayandırılıb.

 

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terrora dəstək verməkdə ittiham edərək, bu ölkə ilə diplomatik əlaqələri dayandırıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR