Kürdəmirdə "Jiquli" "QAZel"ə çırpıldı

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün şəhərin Vaqif küçəsində qeydə alınıb.

 

Kürdəmir rayonunun Qocalı kənd sakini, 79 yaşlı Güloğlan Əhəd oğlu Həsənovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayanmış Abduləli Fərman oğlu Rəhimova məxsus "QAZel" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ-2106" markalı maşının sürücüsü G.Həsənov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR