Xamneyi Tehrandakı terrorlara görə ABŞ-ı ittiham etdi: "Tramp gülünc vəziyyətdədir"

"ABŞ-ın terrorçuluqla mübarizə etdiyi ilə bağlı dedikləri yalandır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri İranın ali dini lideri Ayətullah Xamneyi səsləndirib.

 

O, həmçinin rəsmi Vaşinqtonu regionda vəziyyəti gərginləşdirməkdə, prezident Donald Trampı isə İranda insan hüquqlarının pozulması ilə bağlı əsassız iddialar irəli sürməkdə ittiham edib.

 

"Səudiyyə Ərəbistanı kimi orta əsrlərdən qalma sülalənin idarə etdiyi bir krallığın müttəfiqi olan Donald Trampın bu cür bəyanatları onu daha da gülünc vəziyyətə salır" - deyə, o qeyd edib.

 

Xatırladaq ki, ötən həftə Xamneyi ABŞ və Səudiyyə Ərəbistanını tənqid edərək, bu ölkələri iyunun 7-də İranda teror aktları törətməkdə ittiham edib. O bildirib ki, bu cür hərəkətlər İran xalqının şər qüvvələrə olan nifrətini daha da artırır.

 

 



 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR