Senat Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək: hədəfdə İran da var
Senatın Xarici əlaqələr komitəsinin sədri Bob Korker həmkarları ilə Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi barədə razılığa gəldiklərini açıqlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qanun layihəsinə Tramp administrasiyasını Rusiyaya qarşı sanksiyaları yumşaltmaq hüququndan məhrum edən, bu səlahiyyətin Konqresə verilməsini nəzərdə tutan müddəa da daxil edilib.
Korker vurğulayıb ki, hazırda sənəd üzərində iş gedir. Yeni təşəbbüs İrana qarşı məhdudiyyətlərlə bağlı qanuna dəyişiklikləri də nəzərdə tutur. Bununla bağlı artıq səsvermə keçirilib.
Xatırladaq ki, eks-prezident Barak Obama dövründə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq olunmuş, 35 rus diplomatı ABŞ-dan çıxarılmışdı.
OXŞAR XƏBƏRLƏR
17:52
860
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
935
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1001
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
557
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
682
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
717