"Metro Park"da bomba var!" deyən şəxs tutuldu
"Metro Park"a bomba qoyulması barədə xəbər verən şəxs saxlanılıb. O, yalan məlumat verməkdə təqsirləndirilir. Faktı APA TV-yə Nərimanov RPİ təsdiqləyib.
İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edərək Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.
Dərhal müvafiq tədbirlər görülüb, bütün əməkdaşlar binadan evakuasiya edilib. Müştərilərin içəri keçməsinə bir neçə saatlıq məhdudiyyət qoyulub.
Nərimanov RPİ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb. Şəxsin kimliyi polis tərəfindən nədənsə gizli saxlanılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA